Qədim Kiş kəndinin tarixi abidələri ilə tanış olun
“Yanardağ” - heç vaxt sönməyən alovun möcüzəsi
Əbədi alov məbədi - Atəşgah
Kəlağayıları, sənətkar emalatxanaları və tarixi hamamları ilə məşhur olan Basqalı tanıyaq
Qafqazın ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri, gözəl təbii landşaftı ilə turistlərin sevimli məkanı olan qədim Lahıc
Muzeyin fondunda 1200-ə yaxın eksponat var
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, bənzərsiz təbiəti, uzunömürlülər məskəni olan Xınalıq həm də öz dili olan yeganə kənddir
Böyük İpək Yolunun üzərində yerləşən Şəkidə Azərbaycan memarlığının nadir incisi, dünya əhəmiyyətli abidə - Şəki Xan sarayı, Qala divarları, karvansaraylar, sənətkar dükanlarını ziyarət edin
Bu muzey xalqımızın tarixi mədəniyyətinin qorunduğu, mühafizə olunduğu və təbliğ edildiyi məkandır
Rəssamlıq sənətinin təbliği və inkişafında böyük işlər görən qalereyanın fondunda 254 əsər var
Xan Məscidinin sərgi zalında yerləşən muzeydə dekorativ və xalq sənət əsərləri, Şəki xanının iş otağının interyerini də görmək olar
Beşbarmaq dağının ərazisi quşların miqrasiyasını müşahidə etmək üçün unikal bir yerdir
Diri Baba türbəsi memarlıq xüsusiyyətlərinə görə Qafqazda unikal abidələrdən biridir. Türbənin bir hissəsi qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir. Diri Baba abidəsinin yerləşdiyi qayada bir neçə mağara və kaha var.
Kompleks unikal təbiət hadisəsi olan "Qılınc" palçıq vulkanları ilə tanışlıq imkanı yaradır. Kompleksin sərgi zalında 100-ə yaxın heyvan skeleti, qurudulmuş həşərat, paleontoloji eksponatlar, əksəriyyəti nadir olan 80 mineral nümunəsi sərgilənir.
Qafqaz Albaniyası mədəni irsinə xas olan tarix və mədəniyyət abidələri, gözəl təbiəti və zəngin təhsil ənənələri olan Tuğ kəndi Qarabağın ayrılmaz hissəsidir.