"Qoruqları İdarəetmə Mərkəzi" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 417 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin nəzdində yaradılmış publik hüquqi şəxsdir.
“Qoruqları İdarəetmə Mərkəzi”nin əsas vəzifələri Qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, Qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, Qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarix-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir.
Aşağıda göstərilən Qoruqlar “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli 356 nömrəli qərarına əsasən siyahıya aşağıdakı müəssisələr də əlavə edilib:
Mərkəzin fəaliyyətinin məqsədləri aşağıdakılardır:
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: