01 apr 2024 - 31 avq 2024

Diribaba türbəsi

Qobustan

Memarlıq xüsusiyyətlərinə görə Qafqazda unikal abidələrdən biri hesab edilən Diribaba türbəsinin bir hissəsi qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir. Diri Baba abidəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır. 

Diri Baba türbəsi Qobustan şəhərində, Azərbaycan ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm dəhlizində, Bakı-Şamaxı magistral yolun 1.5 kilometrliyində yerləşir.

Xəbərlərə abunə olun