Yanardağ qoruğunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər


Türkiyənin Malatya şəhərində Beynəlxalq Malatya Qastronomi, mədəniyyət və Turizm konfransı keçirilib. Tədbirdə “Yanar Dağ” Dövlət Tarix -Mədəniyyət və Təbiət qoruğunun əməkdaşları da iştirak ediblər. 
20-yə yaxın ölkənin ekspertlərinin iştirakı ilə keçirilən konfrans çərçivəsində “Yanar Dağ” qoruğunun Baş fond mühafizi Günay Rzayeva “Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi- kəlağayı”, elmi işçisi Aynur İsmayılova isə  “Azərbaycanın sağlamlıq turizm imkanları” adlı məqalə ilə çıxış ediblər. Konfransın sonunda Malatya bələdiyyə başçısı Selahattin Gürkan qoruq təmsilçilərini sertifikat və xüsusi diplomla təltif edib. 

Konfrans çərçivəsində Azərbaycanın  milli mətbəx nümunələrindən Şah plovu və bəzi şirniyyatlar da qonaqlara təqdim olunub. 
 

Xəbərlərə abunə olun