Xınalıq Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Bu ilin sentyabr ayında "Xınalıq" və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova APA-ya açıqlamasında bildirib.

A.Hüseynova qeyd edib ki, Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq.

"Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb " - Azadə Hüseynova əlavə edib.

 

 

Xəbərlərə abunə olun