Şəki muzeylərində Nizami irsi təbliğ olunub

Şəki şəhərinin muzey müəssisələrinin təşəbbüsü və təşkilatçılığı ilə “Şöz dünyasının günəşi” mövzusunda silsilə tədbirlər təşkil olunub.

Şəki Tarix Diyarşünaslıq muzeyində “Nizami poeziyası” kitab sərgisi keçirilib. Tədbir çərçivəsində 55-ə yaxın böyük söz ustadının Nizami Gəncəviyə həsr etdiyi nəşrlər sərgilənib.

Şəki Xalq Tətbiqi Sənəti muzeyində “Şəki sənətkarlarının ilmələrində Nizami dünyasına səyahət" sərgisində Şəki bədii tikmə ustadı Vəfa Mustafayevanın "Yeddi gözəl " əsərinə kompozisiyası, "Sirlər xəzinəzi" və "Fitnə" əsərləri, sənətkar Seyalı Səlimlinin  "Leyli və Məcnun" əsəri, şəkili sənətkarların digər əl işləri sərgilənib. H

Şəki Dövlət Rəsm Qalereyasında isə “Nizami poeziyası rəsmlərdə" mövzusunda sərgi baş tutub. Sərgidə Şəki 1 saylı uşaq incəsənət məktəbinin şagirdlərinin çəkdikləri rəsmlər nümayiş edilib. Müsabiqə formatında keçirilən tədbirdə qalib çıxan şagirdlərə xatirə hədiyyələri təqdim olunub.

Sərgilərlə yanaşı, dahi ədibin xatirəsinə Şəki Xalq Tətbiqi Sənəti muzeyinin və Şəki Tarix Diyarşünaslıq muzeyinin eksponatlarından ibarət  kompozisiya da təşkil edilib.

Xəbərlərə abunə olun