QİM-in bir qrup əməkdaşı təltif olundu

İyulun 7-də UNESCO-nun Ümümdünya İrs Siyahısına daxil olması ilə əlaqədar sertifikat Şəkiyə təqdim olunub. Təqdimetmə mərasimində Şəkidə tarixi-mədəni irsin qorunub saxlanması və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə bir qrup şəxs təltif olunub.

Onlar arasında QİM-in əməkdaşları - layihələrin idarəedilməsi şöbəsinin müdiri Sədaqət Davudova, mədəni irs üzrə ekspert Elşən Mustafayev, memarlıq sektorunun müdiri Müslüm İmranlı, layihələrin idarəeilməsi üzrə ekspert Elçin Kərimov, memarlar Pərviz Poluxzadə və Gülnar Əliyeva da var. Həmçinin, Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov da təltif olunub.

Sertifikat alan həmkarlarımızı təbrik edirik!

Xəbərlərə abunə olun