Prezident və birinci xanım Bədöyün məscidində aparılan işlərlə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcda olublar, qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər. Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verib ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.
 

Xəbərlərə abunə olun