Nazirlər Kabinetinin 26 fevral 2024-cü il tarixli 104 saylı qərarına əsasən, "Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun tərkibində olan “Əli Daşı” türbəsi “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib. XVII-XVIII əsrlərə aid bu abidə 4025-1 inventar nömrəsi ilə dövlət mühafizəsinə götürülüb.