Dövlət Turizm Agentliyi Avropa Şurasının Mədəni Marşrutlar üzrə illik toplantısında təmsil olunur

Lüksemburqda Avropa Şurasının Genişləndirilmiş Hissəvi Sazişin (EPA - Enlarged Partial Agreement) Mədəni Marşrutlar üzrə İdarə heyətinin illik görüşü keçirilir. Neimünster Abbatlığının binasında keçirilən görüşdə təşkilata üzv olan 35 ölkənin nümayəndələri iştirak edir. İllik toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyi təmsil edir.

Görüşdə Avropa Şurasının mövcud mədəni marşrutlarından bəziləri  üzrə sertifikat müddətinin uzadılması, yeni marşrutlara sertifikatların verilməsi məsələsi müzakirə olunur.  Bu dəfə qadın yazarların, Avropanın tarixi qəhvə məkanları, şokolad yolu, Nağıllar marşrutu və s bu kimi yeni marşrutların təqdimatı nəzərdən keçiriləcək.

Mədəni Marşrutlar üzrə İdarə heyətinin illik görüşündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədr müavini Sədaqət Davudova və Azərbaycan Turizm Bürosunun sektor müdiri Şərifə Həsənova iştirak edirlər.  

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən Avropa Şurasının Mədəni Marşrutları üzrə Genişləndirilmiş Hissəvi Sazişin  üzvüdür. İndiyədək Azərbaycan Avropa Şurasının 6 mədəni marşrutuna qoşulub: "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər", "Zeytun ağacları" və “Keramika yolu”. İki il öncə Şəki şəhəri Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib.

Xəbərlərə abunə olun