Beynəlxalq Abidələr və Tarixi Yerlər günü qeyd olunub

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

**** 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədqiqatçı Faiq Nəsibovun təqdimatında “Qız qalasının sirləri” adlı seminar keçirilib.

****

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan Tarix Muzeyinin böyük elmi işçisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Laçın Mustafayevin iştirakı ilə elmi seminar keçirilib. Seminardan sonra Atəşgah məbədi ilə tanışlıq məqsədilə ekskursiya təşkil olunub.  

****

Şəki Dövlət Rəsm Qalereyasının həyətində “Tarixi abidələr rəsmlərdə” adlı sərgidə 21 rəsm nümayiş olunub. Açıq havada sərgilənən rəsmlərdə Şəki Xalq Tətbiqi Sənəti muzeyinin müxtəlif rakurslardan görünüşü, Şəkinin qədim evləri və küçələri təsvir edilib. Sərginin 200-dən çox ziyarətçisi olub.

**** 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Lahıc Tarix Diyarşünaslıq Muzeyində “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu və yerli məktəbin kollektivi ilə birgə tədbir keçirilib.

Xəbərlərə abunə olun