Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində ölkəmizin ornitoloji turizm imkanları tanıdılıb. Sərgidə ölkəmizdə quş müşahidəçiliyi potensialının mövcud olduğu dağlıq ərazilər və su hövzələri, xüsusilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun ərazisi, burada müşahidə edilən nadir quş növləri və onları müşahidə üçün əlaverişli mövsümlər, bütövlükdə ornitoloji turizm üzrə təbiət əraziləri və milli parklardakı biomüxtəliflik üzrə məlumat verilib, B2B formatlı görüşlər keçirilib.
60-dan çox ölkənin təmsil olunuğu Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir.