BBC Travel Şəki haqqında məqalə dərc edib

Böyük Britaniyanın məşhur “BBC Travel” portalı Azərbaycana səfər, onun əsas tarixi görməli yerləri haqqında növbəti material hazırlayıb.

"Şəki - Qafqazın tanınmayan mədəniyyət paytaxtı” adlanan məqalədə İpək Yolu üzərində yerləşən bu qədim Azərbaycan şəhərinin tarixi, mədəniyyəti, memarlıq abidələri haqqında ətraflı məlumat verilib.  

Bundan əlavə, reportajda Şəkidə yaşadılan kəlağayı sənəti, bu bölgənin mətbəxi, yerli əhalinin adət-ənənələrindən söz açılıb.  Məqalə müəllifi Xan sarayı, Şəkidə yeni bərpa olunmuş Xan məscidi, şəhərin digər tanınmış məkanlarında da olub.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

Şəki: Qafqazın tanınmayan mədəniyyət paytaxtı

Xəbərlərə abunə olun