Atəşgah məbədində neftlə rəsm çəkən rəssamın sərgisi açılıb

Beynəlxalq Turizm Günü ilə əlaqədar olaraq, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin dəstəyi, "Atəşgah Məbədi" Dövlət-Tarix Memarlıq Qoruğunun təşkilatçılığı ilə, Qoruğun Muzey zalında istedadlı rəssam Xəzər Nəbiyevin rəsm sərgisi keçirildi.

Sərgidə 30-dan çox əsər nümayiş olundu.

Rəssam Xəzər Nəbiyev əsərlərini qeyri-adi bir üsulla ərsəyə gətirir:o əvvəlcə neftdən plastik qarışıq bişirir, daha sonra isə xüsusi maddə əlavə edərək onu boya halına gətirir. Ümumilikdə, bir əsərin çəkilməsi üçün 15 qrama yaxın neft sərf olunur..

İndiyə qədər rəssam dünyanın bir sıra ölkələrində anoloji sərgilər keçirib və onun əsərləri kifayət qədər maraqla qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsədlərdən biri sənətkarlara dəstək olmaqla yanaşı, həm də Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını təbliğ etməkdir.

Qeyd edək ki, sərgi oktyabrın 2-dək davam edəcək.

Xəbərlərə abunə olun