1895-ci ildə Çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilın bu tarixi tikili 1982-ci ildən Rəsm Qalereyası kimi istifadə edilir. Bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. O, çay daşı və bişmiş kərpic materiallarından, yerli memarlıq üslubunda tikilmiş tarixi tikilidir. Bir mərtəbəli bina dörd zaldan və dörd otaqdan ibarətdir. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub.
Rəsm Qalereyası Binanın tarixi-memarlıq dəyərləri qorunmaqla Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilmişdir.
Rəsm Qalereyasının fonduna 254 ədəd eksponant vardır. Bu 254 eksponantdan 69 ədədi hazırda ekspozisiyada sərgilənir, 185 ədədi qalereyanın fond otağında saxlanılır. Qalereyada sərgilənən 69 eksponantdan 61 ədədi rəsm əsəri (25 qrafika, 31 rəngkarlıq, 5 dekorativ-tətbiqi sənət əsəri), 8 ədədi isə heykəldir.
Qalereyada həm ölkə, həm də Şəki miqyasında məşhur Azərbaycan rəssamlarının sənət işləri sərgilənir. Ekspozisiyanın qurulması zamanı xüsusən nəzərə alınmışdır ki, incəsənət əsərləri Azərbaycan incəsənət tarixini, onun mövzu və üslubca müxtəlif istiqamətlərini, müxtəlif inkişaf dövrlərini dərindən başa düşməyə kömək etsin.
Qalereya fəaliyyətə başladığı vaxtdan indiyədək burada bir-birindən rəngarəng sərgilər təşkil olunub. Çox sayda rəssamın yaratdığı əsərlərin, eləcə də gənc istedadların üzə çıxarılmasında fərdi sərgilərin təşkili ənənə şəklini alıb. Fərdi sərgiləri təşkil olunmuş gənclərin demək olar ki, əksəriyyətinin sorağı Rəssamlıq Akademiyasından gəlir.
Zəngin fonda malik qalereyada vaxtaşırı sərgilər təşkil olunmaqla yanaşı, yerli rəssamların satış sərgiləri də keçirilir.
Rəsm Qalereyasının ekspozisiya zallarında müəyyən mövzular üzrə əsərlər nümayiş etdirilir:
Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi üçün müvafiq tempratur və rütubət rejiminə əməl edən sistem quraşdırılmışdır.
Əsas mərkəzi sənət əsəri :
Şəki Dövlət Rəsm Qalereyası 16 avqust 2019-cu ildə Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib.