Qoruqlar Koreyada təbliğ olunub

Koreya Respublikasının “EBS” televiziyasının çəkiliş qrupu 2026-cı ilin 5-25 iyun tarixlərində Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində “EBS Documentary” layihəsi üçün Azərbaycan haqqında sənədli film çəkilişləri həyata keçirilib.

Çəkilişlər Azərbaycan müxtəlif bölgələrində, o cümlədən Bakı şəhər, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Quba rayonu, “Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, Şəki şəhəri, “Kiş” Tarix-Memarlıq Qoruğu, "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, İsmayıllı rayonu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Naftalan şəhəri, Xızı, Qobustan, Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəran, Neftçala və Qəbələdə aparılıb.

“EBS Documentary” layihəsinin müəllifi yerli sakinlərlə görüşüb, adət-ənənələrlə tanış olub, milli təamlardan dadıb, tarixi abidələr və maddi-mədəniyyət nümunələri barədə məlumat əldə edib.

Xəbərlərə abunə olun