Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişaf mərhələlərini beynəlxalq auditoriyaya təqdim edən “İRS-Heritage” jurnalının ingilis dilində növbəti nömrəsi nəşr olunub.
Jurnalın arxeologiya bölməsində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın elmi məqaləsi yer alıb.
Şəkinin Fazıl kəndi və Təpəbaşı nekropolu ilə bağlı məqalədə Azərbaycanın qədim maddi-mədəni irsini əks etdirən arxeoloji tapıntılardan və elmi araşdırmalardan bəhs olunub.
Məqalənin ingilis dilində olan versiyası ilə bu linkdən keçid etməklə tanış ola bilərsiniz.
Qeyd edək ki, ingilis dilində nəşr olunan “IRS-Heritage” jurnalı dünyanın 70 ölkəsində yayılır.