REAL TV-nin əməkdaşı Sabir Səfərov 17-22 may tarixlərində Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycanın tarix və sənətkarlıq beşiyi, memarlıq salnaməsi Şəkidən xüsusi reportaj hazırlayıb.
“Şəki: daşlarda gizlənən hekayə” adlı reportajda müəllif və aparıcı S.Səfərov Şəkinin memarlıq abidələrinə diqqət çəkib. O, "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun fəaliyyətindən söhbət açıb, qoruq ərazisindəki Xan sarayı, Yuxarı və Aşağı Karvansara, Kiş Alban Məbədi, qədim Şəkinin sənətkarlıq ənənələri və sair barədə tamaşaçılara ətraflı məlumat verib.
Reportajda "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçiləri Rəvanə Əzizova və Selcan Məmmədovanın fikirlərinə də yer verilib. Onlar Şəkinin memarlıq irsindən, müasir dövrümüzə qədər qorunub saxlanılan abidələrin tarixindən danışıblar.