Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşı müsabiqədə yer tutub

Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq və dizayn şöbəsinin Memarlıq sektorunun memarı Gursel Ağayevin həmmüəllifi olduğu layihə Azərbaycan Memarlar İttifaqı tərəfindən elan edilən müsabiqədə ikinci yerə layiq görülüb.

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və sonrakı istifadəsi ilə bağlı olan müsabiqəyə ümumilikdə 86 ərizə daxil olub. Onlardan 19 iş qaliblərin müəyyən olunması üçün münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti açıq səsvermə yolu 3 işi qalib elan edib.

Qeyd edək ki, müsabiqə binanın ərazisinin istifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədilə elan olunub. Bu təkliflər mülkiyyətçinin binadan istifadəyə dair yekun qərar qəbul etməsi üçün tövsiyə xarakteri daşıyır.

Müsabiqənin nəticələrinə dair ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Xəbərlərə abunə olun