Qoruqlarda həyata keçirilən memarlıq layihələri diqqətə çatdırılıb

Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu addım Azərbaycanın ənənəvi şəhərsalma və memarlıq mədəniyyətinin qorunması, müasir çağırışlara uyğun yenilikçi yanaşmaların təşviqi məqsədilə atılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı bu Sərəncam və onun əhəmiyyəti barədə “REAL TV”nin “Sabaha Elnarə ilə” verilişində müzakirə aparılıb.

Müzakirədə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Dövlət Turizm Agentliyinin Baş memarı, professor, Əməkdar memar Nizami Qasımzadə iştirak ediblər.

Baş memar N.Qasımzadə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda həyata keçirilən memarlıq layihələrindən də geniş söhbət açıb.

Qeyd olunan verilişin videosunu təqdim edirik:

Xəbərlərə abunə olun