Qədim tarixi özündə yaşadan məbəd

Azərbaycan Dövlət Televiziyası (AzTv) Şəkinin Kiş kəndindəki qədim Alban məbədindən süjet hazırlayıb.

“Kiş” Tarix-Memarlıq Qoruğunun ərazisində çəkilişlər edən müxbir Əli Səmədov məlumat verib ki, Kiş Alban məbədi əsrlərin izini, Azərbaycanın zəngin keçmişini özündə yaşadır.

Minilliklərin yaddaşını müasir dövrümüzə qədər qoruyub saxlayan bu məbəd canlı bir tarix kimi dəyərləndirilir.

“Şəkinin qədim memarlıq incisi” adlanan süjetdə qeyd olunub ki, Kiş Alban məbədi Azərbaycana səfər edən xarici turistlərin də diqqətini özünə cəlb edir.

İl ərzində bu abidəni dünyanın dörd bir yanından minlərlə turist ziyarət edir, Azərbaycanın tarixi, qədim mədəniyyət nümunələri barədə zəngin məlumat toplayırlar.

Süjetdə “Kiş” Tarix-Memarlıq Qoruğunun əməkdaşı Gülnarə Kərimovabələdçi Aytac Xəlilzadənin fikirlərinə də yer verilib. Onlar abidənin tarixi, memarlıq üslubu, nümayiş etdirilən ekspozisiyalar barədə danışıblar.

Əcnəbi turist isə Alban məbədi, ümumilikdə Şəkinin memarlıq nümunələri, zəngin tarixi barədə təəssüratlarını bölüşüb.

Xəbərlərə abunə olun