Novruz bayramına həsr olunmuş tədbir keçirilib

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda martın 17-də Novruz bayramına həsr edilmiş musiqili-əyləncəli tədbir keçirilib.

Bayram şənliyində Suraxanı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Novruz bayramı ilə bağlı müxtəlif səhnəciklər göstərilib, baharın gəlişinə və Novruza aid mahnılar ifa olunub.

Tədbir çərçivəsində Suraxanı məktəblilərinin əl işlərindən və Novruz şirniyyatından ibarət sərgi də təşkil olunub.

Xatırladaq ki, Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bayram şənlikləri ənənəvi olaraq hər il keçirilir.

Xəbərlərə abunə olun