Misgərlik sənətinin maraqlı tarixi

AZTV-nin "Bir zamanlar" verilişinin “Misgərlik sənətinin maraqlı tarixi” adlı növbəti buraxılışı İsmayıllı rayonunun Lahıc qəsəbəsində davam etdirilən misgərlik ənənəsinə həsr olunub.

Verilişin müəllifi və aparıcısı Mirsəməd Cəfərli “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisini ziyarət edib, misgərlik sənətinin tarixi barədə araşdırma aparıb.

Telejurnalist M.Cəfərli Lahıc Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Muzeyin əməkdaşı Maarif Əliyevlə həmsöhbət olub, burada saxlanılan eksponatlar barədə ətraflı məlumat toplayıb.

M.Cəfərli Lahıcın məşhur sənətkarlar məhəlləsində də olub. Burada o, misgər Kəbləmi Əliyevlə söhbətləşib. Sənətkar ata-babadan qalma bu sənət növünün artıq yeddi nəsildir ailədə davam etdirildiyini, nəsildən-nəslə ötürüldüyünü vurğulayıb. Bildirib ki, özü ilə yanaşı, beş qardaşı da bu sənət növü ilə məşğul olub.

Daha ətraflı videosüjetdən izləyə bilərsiniz:

 

Xəbərlərə abunə olun