Azərbaycanın beynəlxalq televiziyası “CBC TV” “Kəlağayının qayıdışı” adlı sənədli film hazırlayıb.
Sənədli filmdə Azərbaycanda qədim kəlağayı sənəti və onun müasir mədəniyyətə qayıdışından bəhs olunub.
Sənədli filmin çəkilişi zamanı Basqal və Şəkinin qədim sənətkarlıq ənənələri, sənətkarların və tarixçilərin hekayələri diqqətə çatdırılıb.
İzləyicilər bu unikal baş örtüyünün – kəlağayının əsrlər boyu necə yaradıldığını öyrənmək imkanı qazanıblar.
Film təkcə kəlağayının hazırlanması prosesini və onun naxışlarının gizli dilini deyil, həm də bu qədim sənətin necə yenidən doğulduğunu və yenidən müasir həyatın bir hissəsinə çevrildiyini təsvir edib.
Sənədli filmin çəkilişləri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazilərində də baş tutub.
Sənədli filmdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın, Basqal İnteraktiv Kəlağayı Muzeyinin təsisçisi Rəna İbrahimbəyovanın, basqallı kəlağayıçılar Vüsal Feyzullayev və Nizami Məmmədovun müsahibələrinə də yer verilib.