"İdman TV"də telejurnalist Ümid Süleymanovun müəllifi olduğu "Mənim macəram" verilişinin növbəti buraxılışı Palçıq Vulkanları Turizm Kompleksinə həsr olunub.
Qeyd olunub ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin və unikal təbiət irsini beynəlxalq auditoriyaya tanıtmaqdır.
Buraxılışda Palçıq Vulkanları Turizm Kompleksinin bələdçisi Mətin Babazadə ərazidəki palçıq vulkanları, Kompleksin Məlumat Mərkəzində sərgilənən nadir daş nümunələri, eləcə də Təbiət Tarixi Sərgisində nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verib.