irs

İrsimizin İzi ilə....

İrs Haqqında

“Qoruqların İdarəetmə Mərkəzi” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 417 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin nəzdində yaradılmış Publik Hüquqi Şəxsdir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzinin tabeliyində yeddi Qoruq vardır:

  • “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
  • “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu,
  • “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu,
  • “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu,
  • “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu,
  • “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla),
  • “Kiş” Tarix-Memarlıq Qoruğu.

Yuxarıda göstərilən Qoruqlar “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

“Qoruqların İdarəetmə Mərkəzi”nin əsas vəzifələri Qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, Qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, Qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarix-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir.

Azərbaycan, Bakı

Yanardağ

Vebsayta keçid →

Azərbaycan, Şəki

Yuxarı Baş

Vebsayta keçid →

Azərbaycan, İsmayıllı

Lahıc

Vebsayta keçid →

Azərbaycan, Quba

Xınalıq

Vebsayta keçid →

Azərbaycan, İsmayıllı

Basqal

Vebsayta keçid →

Azərbaycan, Bakı

Atəşgah

Vebsayta keçid →

Azərbaycan, Şəki

Kiş

Vebsayta keçid →